Dünyanın "sülh mərkəzi" silahlanır: İlham Əliyev yenə də haqlı çıxdı!
Dünən, 08:24

Bugünlərdə dünyanın "sülh mərkəzi" kimi tanınan İsveçrə İkinci Dünya müharibəsi dövründən qalan bunkerlərin yenidən istifadəsinə qərar verib. Buna səbəb müasir dünyada müharibə təhlükəsinin kəskin artması, təhlükəsizlik probleminin aktuallıq qazanmasıdır.
Xatırladaq ki, Avropada silahlanan, müdafiə xərclərini artıran yalnız İsveçrə deyil. Son bir ilin statistikası sübut edir ki, Avropanın demək olar ki, bütün dövlətləri öz hərbi xərclərini sürətlə artırmaqdadır. Böyük Britaniya, Fransa, Almaniya kimi dövlətlər isə hərbi xərcləri fantastik səviyyədə artırıb ki, bu da çağdaş dünyamızın ədalətdən daha çox zorun gücünə inamının təzahürüdür.
Avropanın "dəlicəsinə" silahlanması həm də Prezident İlham Əliyevin siyasi dühasının böyüklüyündən, hədsiz uzaqgörənliyindən xəbər verir. Çünki məhz İlham Əliyev hələ illər öncə güclü ordunun ədalət və təhlükəsizliyin qarantı olduğunu bildirmiş, Azərbaycanın məhz bu səbəbdən öz müdafiə qüdrətini mütəmadi şəkildə artırdığını vurğulamışdı. Hansı ki, həmin vaxt erməni diasporu və digər anti-Azərbaycan qüvvələrinin təsiri altında respublikamız haqqında böhtanlar dərc edən Qərb mətbuatı, ölkəmizi militarizmdə, sürətlə silahlanmada ittiham edir, ermənipərəst mövqe sərgiləyirdi. Lakin zaman sübut etdi ki, İlham Əliyev bütün digər məsələlərdə olduğu kimi bunda da haqlıdır. Müasir dünyamızda beynəlxalq təşkilat və təsisatlar haqqı, ədaləti bərpa etmək iqtidarında deyil. Bu səbəbdən də hər bir dövlət yalnız öz gücünə, qüdrətinə etibar edə bilər. Necə ki, Azərbaycan məhz bu yolu seçdi və 2020-ci ildə erməni işğalındakı torpaqlarını cəmi 44 gün ərzində öz gücü hesabına -təkbaşına azad etdi. İlham Əliyev bununla sübut etdi ki, o, yeni dünyanın tələblərini, reallıqlarını hər kəsdən daha yaxşı duyur, daha dərindən hiss edir. Dünyada sülh və əmin-amanlıq diyarı hesab edilən İsveçrənin "ölü" bunkerləri "diriltməsi", illər sonra İham Əliyevin hərbi-siyasi mövqeyini praktiki şəkildə bölüşməsi də bu gerçəyin göstəricisidir.
Seymur ƏLİYEV