Vətəndaşı intihara təhrik edən “medallı” müstəntiq kimdir? VİDEO
14-11-2016, 21:36
Əkiz körpə uşaqları olan, eləcə də 20 yanvar şəhid ailəsindən olan Abdalova Ülviyyə prokrorluq orqanlarının ehtinasızlığından intihar həddinə çatdığını bildirir.
Azadliq.info-ya bu barədə məlumat verən Ülviyyə Abdalova deyir: “Ağayev Elbrus Rəmzi oğlu mənim və həyat yoldaşım Rəhimov Muradın müxtəlif vaxtlarda 225 min manat və 250 min manat pulunu mənimsəyib. 2015-ci ilin oktyabrın 23-də Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqi Orxan Babayev məni yanına çağıraraq bizə dəymiş ziyana görə zərərçəkmiş kimi tanındığımızı bildirdi. Bir müddət keçəndən sonra Orxan Babayevə mənə bildirdi ki, 681 min manat dəymiş zərəri ödətdirmək üçün 120 min verməlisən. Mən həmin məbləği Orxan Babayevə çatdırdıqdan sonra Bakı şəhər prokrorluğunun müstəntiqi Samir Nəsirov yoldaşımı şərləyərək həbs edir. İstintaq təcridxanasında ondan əlavə olaraq 50 min manat da tələb olunur. Bunu verməyəcəyimiz təqdirdə açılmış cinayət işinə xitam veriləcəyi və mənim barəmdə yeni cinayət işi açılaçağını bildirir. Mən məsələ ilə bağlı şikayət etdiyimdən dedikləri kimi barəmdə cinayət Məcəlləsini 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıldı.”
“Bundan sonra mənə dəfələrlə təhdid yolu ilə şikayətlərdən əl çəkməyim bildirildi. Bu haqda mənə olan təhdidlər açıq nömrələrdən, vatsapp üzərindən gələn mesajlarda da öz təsdiqini tapır. Amma bütün bunları nəzərə alan yoxdur “,-deyə Ülviyyə Abdalova bildirir.
Şikayətçi bildiririr ki, məsələ ilə bağlı dəfələrlə yüksək vəzifəli prokrorluq işçilərinin qəbulunda da olub. Sonuncu dəfə Təşkilati Analitik Şöbənin rəisi Müqəddəs Sultanovun qəbulunda olarkən ona deyib ki, Orxan Babayevə heç kim bir söz deyə bilmir. O, medallı müstəntiqdir.
Daha sonra ülviyyə Abdalova bildirir: “Müqəddəs müəllimin bu sözündən sonra mən Respublika prokrorluğunda bildirdim ki, özümü yandıraraq intihar edəcəyəm. Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsinin müstəntiqləri Vasif Ələkbərov və Orxan Babayev mənə bildirdilər ki, get yandır. Onsuz da hər gün özünü yandıranlar var. Buna görə kimə nə edilər ki?”
Məsələ ilə bağlı Baş Prokrorluğun Mətbuat Xidmətinin rəisi Eldar Sultanova dəfələrlə zəng etsək də zənglərimizə cavab verən olmadı.
Araşdırmalarımız davam edəcək. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
teref.az