Direktorun zorladığı iddia olunan xanım müavinin görüntüləri yayıldı - FOTOLAR

25-11-2016, 18:47           
Xəzər rayonu Şimal DRES qəsəbəsindəki 230 saylı orta məktəb direktorunun müavinini zorlamağı ilə bağlı iddialara yeni çalarlar əlavə edilməkdədir.

Belə ki, direktor Elşən Qafarov rəhbərlik etdiyi təhsil ocağında baş verənlərdən sonra işindən ayrılmışdı. Amma zorlandığı iddiası ilə gündəmi qatan direktor müavini haqda isə Faktor.az-ın redaksiyasına daha bir müraciət daxil olub.

Bir qrup müəllimin direktor müavini haqda göndərdikləri məktubun məzmununu təqdim edirik: ”Bu qadının (Direktor müavini Ləman Babayeva nəzərdə tutulur-red.) etdikləri təkcə Elşən Qafarovu deyil, bütün kollektivi dəhşətə gətirib, Onun məktəbdəki davranışı çox pis idi, geyimi haqda isə danışmağa dəyməz, olduqca biədəb idi.

Bayramlarda ona görüm-baxım etməyən sinif rəhbərlərini hörmətsiz duruma salırdı, bu hal uzun sürmədi, onun kimliyi üzə çıxdı.

Onun həyat tərzi bizi şoka saldı.

İstədiyi hərəkəti etməkdə sərbəst olan bu qadın nənəsinin tatar olduğu deyirdi, məktəbin ünvanına gələn məktubla aydın oldu ki, o erməni imiş.

Sadəcə gələn məktubda qeyd edilrdi ki, uşaqlarınızı ona ümid etməyin, fırıldaq inasandır, iç üzünü açın.

Məktubun məzmununun açıqlanmasından qorxan Ləman öz aləmində hər kəsi qabaqladı.

Başladı qarayaxmağa, özü də bütün kollektivə, hətta müəllimlərin üzünə durdu, böhtan atdı.

Müəllimlər məcbur qalaraq, imza topladı, Baş idarəyə yolladılar, ordan cavab gəlməyəndə, qadın kollektivə hücum etdi, bir müəllimi boğub öldürdü.
Direktorun zorladığı iddia olunan xanım müavinin görüntüləri yayıldı - FOTOLAR
Ondan sonra direktora onu zorlaması ilə bağlı böhtan atdı, günahsız adam işdən çıxdı, bu adam ən sonunda işdən qovuldu, İndi o, düşüb təhsil idarələrini gəzə-gəzə iş axtarır.

26, 322, 147 saylı məktəblər onu qapıdan qaytarıb.

Müəllim adına xələl gətirən bu qadının ortalıqdakı adını çoxları yaxşı bilir – "KLEOPATRA".

Nəhayət, o geri döndü, kollektivdən üzr istədi, səhvlərini, böhtanlarını etiraf etdi, amma etdiklərinin müqabilində atdığı addım nədir ki?

Üzrü qəbahətindən böyük.

Bəs, günahsız yerə işindən olan direktor, onun işgüzar imici, ailə başçısı kimi təmiz adı, övladlarına görə stress yaşayan valideynlərin aqibəti, kollektivin psixoloji travma yaşamasının cavabını kim verəcək?

Axı bu qadın niyə hələ də təhsil sektorunda qalır, kimdir onu hifz edən, qoruyan, saxlayan?”

Haqqında sözügedən Ləman Babayeva Faktor.az-a açıqlamasında bildirdi ki, deyilənlərin hamısı böhtandır: “Mənim vəkilim var, ağzına gələnləri yazan saytların hamısını məhkəməyə verəcəm, hüquqi yolla həll edəcəm”.




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.