Azərbaycanda sosial müavinətlər və ehtiyac meyarı artırılır

6-12-2016, 09:48           

Azərbaycanda sosial müavinətlərin artırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində qeyd olunub.

Layihədə qeyd olunur ki, sosial müavinətlər unifikasiya ediləcək, onların məbləğinin artırılması üzrə həyata keçirilən tədbirlər davam edəcək. Həmçinin, uşaqlı ailələrə verilən müavinət sistemi təkmilləşdiriləcək.

Ölkədə müasir sosial müdafiə sisteminin qurulması və yoxsulluğun azaldılması məqsədilə ailələrin sosial yardımlara olan ehtiyacının müəyyən edilməsi qaydaları təkmilləşdiriləcək, ehtiyac meyarının minimum yaşayış standartlarına uyğunlaşdırılması üçün onun həddi mütəmadi olaraq artırılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru