“5 MILYARD KƏSİRİMİZ VAR” - Baş bankirdən böhran açıqlaması

7-12-2016, 00:14           

“2015-də pul kütləsi 50% azalıb, cari ildə də AMB strelizasiyanı davam etdirib. Strelizayanın həcmi 6 milyard manat təşkil edir. Bununla izahi pul kütləsinin gərginlik yaratmasının qarşısı alınıb.” BakiPost.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin Plenar iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, manatın məzənnəsi ilin əvvəlindən cəmi 11% ucuzlaşıb: “Qlobal çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatı böhranlara dayanıqlılıq nümayiş etdirir. 2008-ci ildən ancaq bu il iqtisadiyyatda resessiya hiss edirik”.

Baş bankir deyib ki, ilin sonuna kimi 5 milyard kəsir gözlənilir: “Tədiyyə balansında kəsir tam aradan qaldırılmayıb. İlin sonuna 5 mlrd. dollar kəsir gözlənilir. Bunun 80-%-i kapital hərəkəti ilə bağlıdır. Bu da əsasən xarici öhdəliklərdir. Neftin ucuzlaşması davam edir. Qeyri-neft ixracında da azalma var. Azalma təxminən 20%-dir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.