İntihar edən MTN polkovnikinin qardaşı Mədət Quliyevə üz tutdu:- BƏRAƏT ALMIŞAM, ELŞƏN MURTUZOVU ORADAN RƏDD EDİN"
7-12-2016, 00:15
Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin saxta ittihamları lə həbs olunan sonradan şərti cəza ilə azadlıqda qalan Mətləb Mustafayev bəraət alıb. Gununsesi.info-ya bu barədə adıçəkilən şəxsin özü bildirib. Mətləb Mustafayev özünü asaraq intihar edən MTN polkovniki Malik Mustafayevin qardaşıdır. Onun özünə qəsd etməsinə səbəb isə qardaşı Eldar Mahmudov nazir olduğu dönəmdə MTN Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyevin hədələrinə məruz qalması, qardaşının nazirlikdəki cinayətkar çete tərəfindən şərlənərək həbs olunması olub. Gununsesi.info-ya açıqlamasında Mətləb Mustafayev bildirib ki, uzun zamandır bəraət alması üçün mübarizə aparıb: “Ali Məhkəmə barəmdə olan saxta hökmlə bağlı şikayətə baxdı və cinayət işinə bəraətverici əsaslarla xitam verdi. Mən gözləyirəm ki, bu hökmün ardından mənə qarşı saxta cinayət işi quran MTN İstintaq Baş İdarəsinin sabiq rəis müavini Təsin Ağayev və mühüm işlər üzrə müstəntiq olan Elşən Murtuzov cinayət məsuliyyətinə cəlb olunsun. Mən DTX rəisi hörmətli Mədət Quliyevə müraciət edirəm. Artıq bəraət almışam. Elşən Murtuzov oradan rədd edilməlidir. Elşən kimi cinayətkarların yeri, DTX yox, Kürdəxanı təcridxanasıdır”. M.Mustafayev deyib ki, hazırda qardaşının ölümünün səbəbləri onu intihara vadar edənlərin cəzalanması üçün mübarizə aparır.