Salam Sarvanın etdiyi başından böyük qələtə cavab gəldi - ETİRAZ
8-12-2016, 18:41
Bu mental köpəklər, bu qurd köpəklər,
Bu Turan köpəklər, bozqurd köpəklər...
Bu misralar şair Salam Sarvan tərəfindən Facebook sosial şəbəkəsində paylaşılıb. Şair tərəfindən türklərin bu cür təhqir olunması, alçaldılması söz sahiblərini də dilə gətirib.
teref.az və Nurəddin Xoca olaraq onu bildirmək istəyirəm ki, bu misralarda Türkün ən qudsal inancları təhqir olunub.Mentalitet yəni törələr və Boz Qurd yəni (inanclar)
Nə deyim, ailəsində qüsur olan təbii ki, metaliteti qəbul etməzlər. Boz Qurda və Turana gə\lincə isə.... Köpək adını təhqir etmək istəməzdim.O çörək yediyi əli heç zaman dişləməz.Bunlar köpək adından istifadə edən caqqallardırlar. Ulu babalarına Türk babalarımız necə od vurubsa in diudə yadlarından çıxarda bilmirlər və yanğılarıı belə ifadə edirlər. Çaqqallar isə heç zaman Qurdun nə olduğunu bilməyiblər və bilməzlər!!
Yazıçı-publisist Yunus Oğuz qəzəbini gizlədə bilməyib. Cebhe.info-ya açıqlama verən Y.Oğuz bu cür təhqirə qarşı sərt mövqe sərgiləyib:
“Düşünürəm ki, Salam Sarvan bu misralarla istər Türkiyədə, istər Azərbaycanda şəhid olanları təhqir edib. Görünür, Salam Sarvan multikultiralizmə daha çox vurulub. Salam Sarvan deyəsən hardan çıxdığını, kökünü unudub. Qocalıb... Yəqin ki, qocalıb. Ancaq heç bir milləti təhqir etmək düzgün deyil. Ona sözüm belədir, multikultiralizmə çox meyillənmə, öncə dədənin, ananın kökünü öyrən. Ondan sonra bax gör nə var, nə yox”.
Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-piblisist Əkbər Qoşalı təəssüf hiss ilə fikirlərini dilə gətirib. S.Sarvanı neçə illərdir tanıdığını deyən Ə.Qoşalı onun dəyərlərə qarşı söyüş-təhqirlə danışmasına inanmadığını söyləyib:
“Düşünürəm ki, bu misraların bütöv mətnini əldə edə bilsəydik, daha düzgün analiz aparmaq mümkün olardı. Görəsən ovqatının, daha doğrusu, ovqatsızlığının hansı vaxtında belə status paylaşıb?.. Həqiqətən də o, belə misraları qələmə alıbsa, təəssüf hissi keçirirəm. Özəlliklə qələm adamının, hər hansı xalqın milli kimliyində rol alan dəyərlərlə, mənəvi ünvanlarla təhqirlə danışması yumşaq desəm, ayıbdır, ayıb”.
Jurnalist, Turançılıq dəyərlərinin təbliği ilə məşğul olan Elnur Eltürkün fikrincə, şair tərəfindən bu cür misraların qələmə alınması onun hələ də Sovet dövrünün ədəbi mühitinin təsirindən çıxa bilməməsi ilə əlaqədardır:
“Salam Sarvan uğursuz şair olduğu kimi misraları da uğursuzdur. Özünü şair adlandıran bir insanın belə söz işlətməsi onun hansı dünyagörüşə sahib olduğunu göstərir. Ola bilər ki, şair ədəbiyyatda bu günə qədər elə də ciddi uğur qazanmayıb, bu yolla da özünü gündəmə gətirməyə çalışır. Bu misralar bir daha onun Sovet təfəkküründən çıxmadığını göstərir. Çünki bu kimi hallar Sovet ədəbiyyatına xas idi. O zaman şairlər Mərkəzi Komitənin xoşuna gəlmək üçün it, pişik və başqa sözləri işlədirdilər. Şübhəsiz ki, şair məqsədyönlü şəkildə bu sözləri işlədir. Bəlkə də ölkəni tərk etmək istəyir. Sabah ona hansısa təzyiqlərin olacağı ilə bağlı əlinə fakt yığmağa çalışır ki, Avropada rahat oturum alsın. Avropanın Turançılığa və Türk dünyasına münasibəti bəllidir. Turançılıq elə bir ideologiyadır ki, etikadan kənar sözlər işlətməklə onu gözdən salmaq olmaz. Sovet imperiyası türklük ideologiyasının qarşısını ala bilmədisə, Biləcəridən o tərəfə keçməyən şəxsin etikadan kənar sözləri ilə müqəddəs amalı kiçiltməsi mümkün deyil. Milyonlarla insan bu ideologiyanın daşıyıcısıdır. Get-gedə davamçıları artmaqdadır”.