İki bank rəhbəri nəyə qurban getdi?

9-12-2016, 00:24           
İki bank rəhbəri nəyə qurban getdi?
Azərbaycanda iki bank rəhbərinin işdən çıxarılmasının səbəbləri məlum olub. Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovun işdən çıxarılması səbəbi xarici valyutanın “qara bazar”a buraxılması olduğu deyilir. Lent.az məsələ ilə bağlı daha təfərrüatlı məlumatlar əldə edib.

Məlumata görə, təkcə Beynəlxalq Bankın sədri deyil, Azər-Türk Bankın bu il dekabrın 2-də vəzifəsini itirən rəhbəri Fərhad Adıgözəlov da “qara bazar”a külli miqdarda valyuta buraxılması və banklarda xarici valyuta qıtlığının yaradılması ilə bağlı işdən uzaqlaşdırılıblar.

Həmçinin bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası uzun zamandan bəri “qara bazar”ı formalaşdıran amillərlə bağlı araşdırma aparırmış. Araşdırmalar nəticəsində xarici valyuta qıtlığının “qara bazar” səbəbindən baş verməsi və bu işdə əksərən Beynəlxalq Bank və Azər-Türk Bankın rol oynadığı müəyyənləşdirilib. Bununla bağlı hər iki bankın rəhbərinə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilib. Bəzi məlumatlara görə, hətta onlar hüquq mühafizə orqanlarına da dəvət ediliblər. Lakin uyğun nəticə çıxarılmadığına görə, hər iki şəxs işdə uzaqlaşdırılıb.


Qeyd edək ki, son günlər bəzi dövlət rəsmiləri və millət vəkilləri ölkənin valyuta bazarında yaranmış duruma görə “qara bazar”ı gücləndirən səbəblərdən şikayət etmişdilər.

Aparılan işlər yaxın zamanlarda “qara bazar”ın fəaliyyətinin dayandırılmasının mümkünlüyündən xəbər verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.