Ermənilər Talışa qayıtmaq üçün könüllü dəstələr yaradır - "Komandos" açıqladı
10-12-2016, 01:54
Erməni könüllülər faktiki olaraq Azərbaycan ordusunun nəzarətdə saxladığı Ağdərə rayonunun Talış kəndi yaxınlığında yeni yaşayış məntəqəsi tikmək istəyirlər.
teref.az yazır ki, missiya.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Yeni Talışın" əsasını qoymaq üçün könüllülərlə birlikdə Müdafiə Nazirliyinə müraciət edəcəklər.
“Bir sıra keçmiş hərbçilər və komandanlar Talişda xidmət etmək istəyir. Hərbçilər Talişın bərpa edilməsi üçün Müdafiə Nazirliyindən onlara icazə verməsini xahiş edir. Buna dövlət səviyyəsində vaxt və icazə lazımdır".
“Komandos” bu günlərdə görüləcək işlərlə bağlı Taliş kəndinin ictimai təşkilatının formalaşdırıldığını deyib.
“Həmçinin yaxın günlərdə rəsmi bəyanatla çıxış edəcəyik.Yeni könüllülər yığmaq fikirmiz var. Bir çox könüllülər gəlirlər. Onlar yeni kəndlərin və yeni Talışın əsasını qoymaq istəyirlər”.
Arkadi Ter-Tadevosyan - “komandos” ləqəbli general-mayor
Aprel döyüşlərindən sonra Ağdərə rayonunun Talış kəndi demək olar ki, Azərbaycan ordusunun nəzarətinə keçib. Ordumuz kəndin ərazisini asanlıqla müşahidə edə bilir. Ona görə də aprel döyüşləri zamanı kəndən qaçan erməni ailələr evlərinə dönməyə qorxurlar.
Talış kəndindən qaçan ailələrin bir hissəsinə Ağdərənin Alaşan kəndində 20 yeni ev ayrılıb. Lakin Talış erməniləri bundan imtina edir və bildirirlər ki, kəndin yuxarısındakı yüksəkliklərin Azərbaycan ordusunun nəzarətində olduğu müddətdə geri qayıtmayacaqlar.
Dağlıq Qarabağın “təhlükəsizlik şurasının” katibi, general Vitali Balasanyan isə deyib ki, təmas xətti boyu “modernləşdirilmiş müdafiə xətti” Talış kəndinin təhlükəsizliyini “yüksək səviyyədə təmin etməyə” imkan verir. “Mən xalqımızı əmin edirəm ki, Talışın təhlükəsizliyi məsələsində narahatlıq yoxdur”-Balasanyan erməniləri kəndə qayıtmağa dəvət edərək deyib. O, Talış kəndinin statusunun dəyişdiriləcəyini və rayona çevriləcəyini də bildirir.
teref.az