Ermənilərdən daha bir əbləhlik: Müslüm... - Video

11-12-2016, 10:21           

Vladiqafqazda nəşr edilən "Şimali Osetiya" qəzetində "Vladiqafqaz Hərbi Dairəsi rəisinin nəticəsi" başlığı altında məqalə dərc edilib.

Axar.az xəbər verir ki, özünü tarixçi kimi qələmə verən Feliks Kireyev adlı şəxs məqaləsində əfsanəvi müğənni Müslüm Maqomayevin azərbaycanlı yox, erməni olduğunu iddia edib.

Məqalədə absurd iddialarla çıxış edən Kireyev M. Maqomayevin anasının "Ter Kazan" qoşunlarının polkovniki erməni əsilli Xanjalovun nəvəsi olduğunu, ata-babasının isə əslən Qroznıdan olduğunu iddia edib.

Qəribə məqam isə odur ki, bu saxta və yalançı, heç bir fakta söykənməyən uydurma məqalənin yayımlanmasından dərhal sonra Müslüm Maqomayevin Vikipediyadakı (rus dilində) tərcümeyi-halına "bu ehtimal" əlavə edilib (skrin əlavə edilir).

Lider TV-nin mövzu ilə bağlı reportajını təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=VjILMtrs0kk]













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru