FETÖ-nun Azərbaycan imamının adı açıqlandı (FOTO)

14-12-2016, 14:36           

İmamın adını həbs edilən CHP-li professor Əli Akdemir açıqlayıb

Türkiyə polisi tərəfindən saxlanılan Cümhuriyyət Xalq Partiyasından olan (CHP) Kocaeli vilayətinin təhsil katibi vəzifəsində çalışan professor Əli Akdəmir FETÖ-nün Azərbaycan imamının adını açıqlayıb.

Türkiyə KİV əsas diqqəti Əli Akdəmirin mütəmadi olaraq Azərbaycanda olmasına və Bakıda FETÖ-nün Azərbaycan imamı kimi təqdim edilən Qafqaz Universitetinin keçmiş rektoru Əhmət Sanıç ilə tez-tez görüşməsinə yönəldib.

Bildirilir ki, Akdəmir keçmiş rektorla müəyyən iş birliyi həyata keçirə bilər. Əli Akdəmirin FETÖ ilə bağlantılarının dərinliyi araşdırıldıqdan sonra həbs edilməsi növbəsi Əhməd Sanıça da çatacaq.

İstiPress-in Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə , tez-tez Azərbaycanda olan Ə.Akdəmir İstanbul prokurorluğunun təlimatı ilə keçirilən əməliyyatlar zamanı saxlanılıb və İstanbul Baş polis idarəsinə təhvil verilib.

Hazırda Akdəmirin FETÖ/PYD terror təşkilatı ilə hansı bağlantılarının olduğu araşdırılır.

Əli Akdəmir və Əhməd Sanıç eyni konfransda
Türkiyədə 2013-cü il 17-25 dekabrda keçirilən əməliyyatlardan sonra Əhməd Sanıç Qafqaz Universitetinin rektoru vəzifəsindən azad edilib. Universitet Azərbaycan Dövlət Neft Şirkətinin nəzarətinə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru