Ziya Məmmədov yenidən "eifrdə"... - Sürücülər gələn ildən yeni qayda ilə işləyəcək

15-12-2016, 19:00           
Ziya Məmmədov yenidən "eifrdə"... - Sürücülər gələn ildən yeni qayda ilə işləyəcək
Amerikada Donald Trampın prezident seçilməsinin ardından ən çox gözlənilənlərdən biri də onun Azərbaycandakı ortağı kimi tanınan ölkəmizin nəqliyyat naziri Ziya Məmmədovun yeni nəfəs qazanacağı idi. Oldu da. Ən azından görünəni budur.

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, bir neçə müddətdir geri çəkilən Nəqliyyat Nazirliyinin qoçuları yenidən sürücülərə divan tutmağa başlayıblar ki, bu da haqlı olaraq Trampın NN şefinə arxa çıxması kimi yozulur.

DİA.AZ-a şikayət edən bir qrup sürücü deyir ki, NN-ə qoyulan qadağalardan sonra rahatlamışdılar, indi isə narahat günləri yenə də başlayıb: "Biz Beynəlxalq Avtovağzalda dayanırıq. Hər zaman NN-nin qoçularından əziyyət çəkmişik. Bir neçə ay idi ki, rahatlamışdıq. İndi yenə də gəliblər. Az qala boğazımıza ortaq olurlar. Bir ay üçün hər sürücüdən 150 manat tələb edirlər. Müxtəlif bəhanə ilə. Biz nə qazanırıq, ailəmizə nə aparmalıyıq ki, hələ bunlara da hər ay 150 manat verməliyik".

Sürücülər deyir ki, NN-nin müfəttişləri yeni ildən yeni qayda ilə işləyəcəyimizi deyirlər: "Deməli, hamımız ya acından ölməliyik, ya da qaçaq fəaliyyət göstərməliyik. Heç nə demirik, dediyimiz tək budur: Allah Trampa lənət eləsin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.