Rövnəq Abdullayev:"Türkiyəyə investisiyalarımız 18 milyard dolları ötəcək"

15-12-2016, 21:25           
Rövnəq Abdullayev:"Türkiyəyə investisiyalarımız 18 milyard dolları ötəcək"
SOCAR-ın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 18 mlrd. dolları ötəcək.

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində bildirib.

"Bu yatırımlar bizim Türkiyəyə olan güvənimizin göstəricisidir. Biz Türkiyənin qısa bir müddət ərzində enerji körpüsü olduğunu anlayırıq. Qardaş ölkənin bu cür irəliləməsi bizi daha da qürurlandırır ", – deyə R. Abdullayev bildirib. (APA)

SOCAR prezidenti qeyd edib ki, bu günə qədər SOCAR tərəfindən 3,7 mlrd. dollar həcmində investisiya yatırılan STAR zavodunda tikinti işlərinin 80%-i yekunlaşıb. "Düşünürəm ki, 2018-ci ildə zavod istismara veriləcək", – deyə SOCAR prezidenti qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru