Bir ailnin faciəsi: “3 övladım qəzada ölüb, bircə oğlum da dənizdə batdı…”VİDEO
16-12-2016, 10:04
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında dənizdə estakadada baş verən qəza zamanı itkin düşən neftçilərdən beş nəfəri Ələt qəsəbəsinin, bir nəfəri Hacıqabul rayon sakinidir.
“AzPolitika”nın APA TV-yə istinadən xəbərinə görə, onların arasında Hacıqabul rayonu Atbulaq kənd sakini, operator, 1979-cu il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlunun ailəsinin faciəsi daha dəhşətlidir. Qorxmaz ailəli olub. Bir müddət əvvəl həyat yoldaşından ayrılan Qorxmazın övladı yoxdur.
Qorxmazgilin ailəsi bir neçə il əvvəl dəhşətli avtoqəzanın qurbanları olub. Belə ki, toydan qayıdan qohumlar qəzaya uğrayıb.
Atası İsbat Rüstəmov deyir ki, həmin qəzada 14 qohum həyatını itirib. Onlardan 3-ü Qorxmazın bacısı, qardaşı və bacısı oğlu olub: “5 il əvvəl 3 nəfər-1 qızım, 1 oğlum, 1 nəvəm, ümumilikdə qohumlarımla birgə 14 nəfər avtoqəzada həyatlarını itirdi. Bir oğlum qalmışdı, o da dənizdə batdı, daha mənim heç kimim qalmadı”.