MILLƏT VƏKILI: "NEFTÇILƏRIN ITKIN DÜŞMƏSI HƏMIN ÖLKƏLƏRIN TƏXRIBAT ƏMƏLI OLA BILƏR..." - İDDİA

17-12-2016, 10:34           
MILLƏT VƏKILI: "NEFTÇILƏRIN ITKIN DÜŞMƏSI HƏMIN ÖLKƏLƏRIN TƏXRIBAT ƏMƏLI OLA BILƏR..." - İDDİA
Millət vəkili: "Bu hadisə də həmin ölkələrin xüsusi xidmət orqanlarının əməlləri ola bilər"

Parlamentin növbəti plenar iclasında Xəzər dənizində baş verən hadisədə neftçilərin itkin düşməsi məsələsi qaldırılıb.

teref.az-nun sputnik-ə istinadən verdiyi məlumata görə, millət vəkili Qüdrət Həsənquliyev, son bir ildə eyni hadisənin ikinci dəfə baş verməsini olduqca ciddi və təhlükəli siqnal adlandırıb.

"Bu, hadisə hansısa ölkənin təxribatı da ola bilər. Azərbaycan elə ölkələr ilə sərhəddə yerləşir ki, apardığımız xarici siyasət onların əksər vaxt xoşuna gəlmir. Bu hadisə də həmin ölkələrin xüsusi xidmət orqanlarının əməlləri ola bilər ki, orada estakadada qəza vəziyyəti yaratsın və nəticədə bu hadisələr baş versin. Yaxud başqa bir səbəbdən də ola bilər. Məsul şəxslərin ciddi ehtiyatsızlığı və sair", — deputat bildirib.

"Bunlar araşdırılmalı, məsuliyyətsizliyə yol verənlər cəzalandırılmalıdır. Milli Məclis öz sözünü deməlidir. Baş Prokurorluğa müraciət edək ki, bunun hansısa xarici ölkənin əməli, yaxud digər hansısa əməl səbəbindən baş verməsi ehtimalı ciddi araşdırılsın", — Həsənquliyev əlavə edib.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bununla bağlı Dövlət Komissiyası yaradılıb və iş aparılır: "Onlar araşdırıb nəticə ortaya qoymamış Milli Məclis nə edə bilər? Danışanda, bir az diqqətli olun!".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.