60 ölkədə dollardan imtina qərarı: Azərbaycan da var
17-12-2016, 10:41
Dolların məzənnəsinin günbəgün artması ilə çətin vəziyyət düşən ölkələrdən etirazlar gəlməyə başlayıb.
Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsində (İSEDAK) İslam ölkələrinə etdiyi çağırışa cavab gəlib. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr daxil cəmi 60 ölkənin üst səviyyə nümayəndələrini qəbul edəcək olan Dünya Halal Sammitində dollara qarşı birlik mesajı veriləcək.
teref.az türk mediasına istinadən xəbər verir ki, zirvədə ölkələrin öz pul vahidləri, ya da qızılla ticarət aparması müzakirəyə qoyulacaq. Dünya Halal Sammiti Şura sədri Yunus Ete prezident Ərdoğanın çağırışının cavab tapdığını deyərək, təşkilata qatılacaq ölkələrin valyuta təzyiqindən xilas olmanın yollarını axtaracağını bildirib. Ete “Zirvədə ölkələrin öz pul vahidləri, ya da qızılla ticarətin necə ediləcəyini müzakirə ediləcək”, – deyə bildirib. Dünya halal bazarının ümumi 3 trilyon dollarlıq bir böyüklüyə sahib olduğunu ifadə edən Ete “Bu qədər böyük bir bazarda ticarətin yerli pul vahidləri, ya da qızılla edilməsi valyutanın təzyiqinə qarşı ciddi bir güc meydana gətirəcək” deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binali Yıldırımın iştirakı ilə reallaşacaq görüşdə Türkiyə və 26 ölkədən yuxarı səviyyəli natiq bir araya gələcək. Təşkilatda İslam İnkişaf Bankının sədrinin köməkçisi Sayed Aqa, İslam Fiqh Akademiyasının baş katibi Prof. Dr. Abdul Salam Daoud Al-Abbad, İslami Maliyyə Təşkilatları Mühasibat və Yoxlama Təşkilatının (AAOIF) sədri Dr. Hamed Hassan Merah natiq olaraq iştirak edəcək. Cebhe.info