Ölkədə İran agenturasının həbsinə başlanır - Müdhiş gizlinlər

18-12-2016, 13:04           

İran agenturasının həbsinə başlanır

Bu barədə Politika.Az-ın yaydığı xəbərə görə, həmin şəbəkənin tamamilə məhv edilməsi üzrə hazırlıq gedir.

Deyilənə görə, deputat Yevda Abramovun ismarıcı da məhz arifə bir işarədir. Xüsusi xidmət orqanları tərəfindən İran agenturasının deşifrə olunmasına başlanıb.

Əslində, bu proses çoxdan gedirdi. Nardaran əməliyyatı, Lənkərandakı olaylar, Aşura qadağaları, Milli Məclisin "dini etiqad haqqında” qanuna dəyişikliklər etməsi və qaydaları sərtləşdirməsi bu prosesin tərkib hissəsi idi.

Ardınca yəhudi deputatın ölkədə İranmeyilli qüvvələrin olması, onlara xidmət edən KİV-lərin olduğuna eyham vurması agenturanın köklü məhvinə hazırlıqdır.
FƏTÖ-nun ölkəmizdəki media və iqtisadi qanadları, o cümlədən təhsil sektorundakı qolu necə darmadağın edildisə, İran agenturasının Azərbaycandakı informasiya-təbliğat mərkəzinin də elə sıradan çıxarılması gözlənilir.

Politika.Az-ın yaydığı xəbərə görə, Azərbaycanla İsrailin digər sahələrlə yanaşı təhlükəsizlik sahəsində də əməkdaşlığı mövcuddur. İsrail dünyanın kəşfiyyat sahəsində ən güclü ölkələrindən biridir.

Mossad da ən güclü kəşfiyyat təşkilatlarından biridir. Azərbaycanla İsrail arasında da bu sahədə ciddi əməkdaşlıq var. Y.Abramov müsahibəsində mühüm mesajlar vermişdi. Sitat: "Azərbaycanda İranın təsiri altında olan saytlar, digər KİV orqanları var. Onlar mütəmadi olaraq İran səfirliyindən və hakim dairələrindən paketlər alırlar.

Bizim İrana qızınan, isinən jurnalistlərimiz var. Oların ailələri və özləri İrana pulsuz səfərlər edirlər. Onlar da İranın xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirirlər. Görünən kəndə nə bələdçi lazımdır ki...

Universitetin Jurnalistika fakültəsini bitirən, jurnalist etikasından xəbəri olanlar, özünə, ailəsinə, ata-anasına, vətəndaşına, Azərbaycanına, dini inancına hörmət edən jurnalist ağzına gələni yazmaz.

İsrail Azərbaycana və Azərbaycan da İsrailə çox gərəkli, lazımlı dövlətlərdir. Ona görə də məkrli ideyalar buraxıb kimlərəsə xidmət etməklə, xalqın beynini zəhərləməklə pul qazanıb ailə saxlamaq düzgün deyil. Azərbaycanın həmin bəzi KİV-lərində yayımlanan antiİsrail yazılar Azərbaycana xeyir gətirməyib və gətirməyəcək də.

Bunlar İsrail-Azərbaycan münasibətlərinə heç də müsbət təsirlər etmir. Ona görə də Azərbaycan da bununla bağlı ciddi addım atmalı və bu kimi halların qarşısını mütləq almalıdır. Hər şeyi qərəzssiz, yalansız yazmaq lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.