Eldar Mahmudovun bankir dostu “MTN işi”nə cəlb olunur- ÇİNGİZ ƏSƏDULLAYEV İŞ ADAMININ ADINA AYIRDIĞI KREDİTİ ANAR MAHMUDOVA ÖTÜRÜB

18-12-2016, 15:56           

Sabiq MTN rəhbəri Eldar Mahmudovun yaxın dostu kimi tanınan “Azərigazbank”ın sahibi Çingiz Əsədullayev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində “MTN İşi” çərçivəsində istintaqa cəlb olunur. Bu barədə Gununsesi.info-ya bu prosesə zərərçəkən kimi cəlb olunan iş adamlarından biri məlumat verib.
Adının çəkilməsini istəməyən həmin şəxs bildirib ki, 2011-ci ildə MTN tərəfindən şantaj olunub və ondan 2 milyon pul tələb olunub. Qarşılıqlı razılaşmadan sonra bu məbləğ 1 milyona enidirilib. Ancaq buna baxmayaraq, iş adamı MTN rəhbərliyinin tələb etdiyi məbləğin ancaq yarısını düzəldə bildiyini deyib. Bundan sonra nazirin yaxın dostu olan Çingiz Əsədullayevə zəng olunub və həmin şəxsin əmlakı girov kimi saxlanılmaqla 500 min manat kredit ayrılıb. Kreditə imza atan iş adamı həmin pulun elə bankdan Eldar Mahmudovun oğlu Anar Mahmudovun hesabına köçürüldüyünü deyib.
Hazırda şikayətçi kimi pulunu və əmlakını tələb edən iş adamı ümid edir ki, sonda ədalət zəfər çalacaq.
Məsələ ilə bağlı Çingiz Əsədullayevin özüylə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Mövzuya qayıdacağıq.
Gununsesi.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.