Aydın Əliyevdən sərt qərarlar - 4 rəis gömrükdən qovuldu

11-01-2017, 00:27           

Azərbaycan Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişiklikləri aparılıb.

BakiPost.az xəbər verir ki, komitə sədri, general Aydın Əliyevin əmri ilə işlərində verdiyi ciddi nöqsanlara görə bir sıra vəzifəli şəxslərin Gömrük orqanlarındakı fəaliyyətlərinə xitam verilib.

Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Gömrük İdarələrinin rəisləri işdən çıxarılıb.

Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib.

Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirmahmud Miratayev təyin edilib.

Qeyd edək ki, Gömrük orqanlarından uzaqlaşdırılan Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının rəisi, general İlham Abdullayevin qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru