İsrailli milyarderin Afrika sirləri –Qara qitədə "qara siyasət"

11-01-2017, 23:32           

"Al-Arabia" son onilliklərdə İsrailin Konqo Demokratik Respublikasında (KDR) mədən sənayesinə dair məqalə dərc edib.

Strateq.az xəbər verir ki, 42 yaşlı israilli milyarder Dan Gertlerin nəyin hesabına Konqoda möhkəmlənə bilməsinə işıq salır:

"Prezident Cozef Kabila barmaqlarının ucu ilə hakimiyyətdən yapışıb. İsrailli milyarderin maraqlarını əsas götürən İsrail məxfi xidməti bu Mərkəzi Afrika ölkəsində kövrək vəziyyəti nəzarətdə saxlayır. Dan Gertlerin rəsmi Kinşasa üzərində hökmlülüyü 1997-ci ildən başlayıb. 20 milyon dollar müqabilində onun "IDI Diamonds" şirkəti ölkənin şərqində almaz hasilatına eksklüziv hüquq alıb"

Bu inhisarın 2001-ci ildən qüvvədə olduğunu qeyd edən "Al-Arabia" müəllifi yazır ki, D.Gertler yerli "La Société Miniere deе Bakwanga" şirkəti səhmlərinin də 88 faizini əldə edib.

Yeri gəlmişkən, D.Gertlerin dayısı Şmuel Şnitzer İsrail Almaz Birjasının prezidentidir.

"Al-Arabia" müəllifi israilli milyarderin Konqodakı siyasi proseslərə necə təsir göstərdiyini və bu məqsədlə hətta MOSSAD-dan istifadəsinə dair faktlar sadalayır.

D.Gertler bu bölgənin digər faydalı qazıntılarına da göz dikib. O, dünya kobalt hasilatının 10 faizinə nəzarət edir. KDR-də 3 milrd. barrel neft ehtiyatları olan yataqlar da onun ixtiyarındadır. Bütün bu sövdələşmələrdən korrupsiya və rüşvətxorluq qoxusunun yayılması da "al-Arabia" müəllifinin qeydlərindən biridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.