“…ƏJDƏR TAĞIZADƏ ŞƏRƏFSİZ, ALÇAQ VƏ NAMUSSUZDUR” – TƏNZİLƏ RÜSTƏMXANLIDAN CAVAB

18-06-2015, 01:41           
“…ƏJDƏR TAĞIZADƏ ŞƏRƏFSİZ, ALÇAQ VƏ NAMUSSUZDUR” – TƏNZİLƏ RÜSTƏMXANLIDAN CAVAB
Uzun müddət DAK-da olan, sonra naməlum səbəbdən düşərgəsini dəyişən Əjdər Tağızadə Xural.com-a verdiyi müsahibəsində Sabir Rüstəmxalı və Azər Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə bağlı müxtəlif iddalar səsləndirib. Əjdər Tağızadənin iddalarını Tənzilə Rüstəmxanlı cavabsız qoymayıb. O, bildirib ki, Əjdər Tağızadə Azərbaycan vətəndaşı olmasa da onu məhkəməyə verəcək və haqqında səsləndirdiyi iddiaları sübut etməsini tələb edəcək:

“Əgər, məhkəmədə bu dediklərini təsdiq etməsə, Əjdər Tağızadə şərəfsiz, alçaq və namussuzdur. Mən bu günə qədər Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində necə mübarizə aparmışamsa, bundan sonra da, mübarizəmi aparacağam. Əjdər Tağızadələr kimdir ki, biz onun dedikləri ilə əlimizi işlərdən soyudaq. Nə qədər ki, Azərbaycan davası, Türkün davası, Bütöv Azərbaycan davası var, Əjdər Tağızadə kimi sapı özümüzdən olan satılmışlar da olacaqlar”.

Tənzilə Rüstəmxanlı Əjdər Tağızadənin onu DAK-ın işlərinə müdaxilə etməkdə ittiham etməsinə belə cavab verib: “Mən həyat yoldaşım Sabir Rüstəmxanlı ilə birlikdə DAK-ın daha da güclənməsi istiqamətində bundan sonra da çalışacam. Bu günə qədər bəyəm mən DAK-dan ayrı idim ki, bundan sonra da DAK-ın içərisindən kənara çıxım? Mən hər zaman DAK-da olmuşam. Bunların niyyəti də odur ki, Dünya Azərbaycanlılarını məhz belə bölərək pərən-pərən salıb fars-molla rejiminə öz xidmətlərini göstərmiş olsunlar. Bayaq qeyd etdiyim kimi, Əjər Tağızadə vermiş olduğu müsahibədə haqqımda səsləndirdiyi bütün iddaları sübut etməlidir”.

Qeyd edək ki, Əjdər Tağızadə bir neçə il əvvəl DAK parçalanan zaman məhz Sabir Rüstəmxanlının yanında yer alaraq, onu müdafiə edənlərdən biri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.