Deputat Vahid Əhmədovun qardaşı oğlu həbs olundu

18-06-2015, 01:51           
Deputat Vahid Əhmədovun qardaşı oğlu həbs olundu
Bakı Şəhər Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tanınmış iqtisadçı deputat Vahid Əhmədovun qardaşı oğlu Namiq Əhmədovu həbs ediblər. Bu barədə “AzPolitika.info” məlumat yayıb.
N.Əhmədov vətəndaşın şikayəti əsasında Nəsimi RPİ-də başlanılmış cinayət işi çərçivəsində, təxminən 10 gün əvvəl saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. N.Əhmədova qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. O, aldatma yolu ilə adını dəqiqləşdirə bilmədiyimiz vətəndaşın 5 min manatını mənimsəməkdə şübhəli bilinir.
Məlumat hüquq-mühafizə orqanlarındakı mənbə və N.Əhmədovun yaxınları tərəfindən də təsdiqlənib. Bildirilib ki, deputatın qardaşı oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır.
N.Əhmədovun əməllərindən zərərçəkənlərin bir yox, bir neçə nəfər olduğu haqda da məlumatlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru