Dənizdə ölən modellə birgə yaxtada kimlər olub - Milli Məclisin əməkdaşı Nailə Sultanova, deputat oğlu və …

11-07-2017, 11:31           
Dənizdə ölən modellə birgə yaxtada kimlər olub - Milli Məclisin əməkdaşı Nailə Sultanova, deputat oğlu və …
Bir müddət əvvəl Sabunçu rayonu ərazisindəki çimərlikdə model Günel Mirzəyeva dənizdə dostları ilə yaxta gəzintisi zamanı faciəli şəkildə ölüb.

Xatırladaq ki, hadisə Bilgəhdə – Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verimişdi. Yaxta gəzintisi zamanı 3 dost 3 qızla dənizdə olarkən faciə baş verib.

Bu faciənin digər iştirakşıları bugünədək ciddi-cəhdlə gizli saxlanılır. Yəni hadisədə kimlərin olması, yaxtanın kimə məxsus olması ictimaiyyətdən gizlədilir.
NUH.az olaraq dəfələrlə modelin ölümü ilə bağlı cinayət işinin açıldığı Sabunçu rayon prokurorluğu ilə əlaqə saxlamağa çalışsaq da bu günədək bizə hətta müstəntiqin kim olması belə məlum deyil. Modelin və dostlarının qəzaya uğradığı yaxta ilə bağlı FHN-in “Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti” də, məsələ ilə bağlı ictimaiyyətə heç bir məlumat vermədi.

Düzdür saytlarda hadisə iştirakçılarından biriin və yaxtanın sahibinin deputat oğlu olması barədə məlumatlar yayıldı. Amma rəsmi orqanlar hələ də susmaqda davam edir.

NUH.az-a daxil ollan məlumata görə, hadisə iştirakçılarından biri Milli Məclisin əməkdaşı Nailə Sultanovadır.
Biz baş verənlərə aydınlıq gətirmək üçün Nailə Sultanovanın mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru