Pasportumuzu yandırmağa hazırlaşan məmurun yeri haradır? - Adam özü belə buna hazırdır!
26-09-2017, 21:36
Kimlərsə İraqda referendum keçirdi. Olsun. Özlərini bu gün-sabah "dövlət" də elan edəcəklər. Ola bilər. Amma "ola bilməzlər" də VAR AXI...
Ola bilməz ki, bu referendum olayından başlayan hoqqabazlığa Azərbaycandan bir kimsə dəstək versin (Təbii ki, işğal altında olan Qarabağımız xaric...). Ona görə də bu gün bir kimsənin bu gün "Kürdüstan" adlı hoqqabazlığa sipərə çevrilməkliyi yolverilməzdir, Azərbaycanın hərtərəfli olaraq milli-dövlətçilik maraqlarına ZİDDİR!
Birincisi, ona görə ki, elə "kürdüstan" elan olunan ərazilərin yüzdə doxsanı biz Azərbaycan türklərinin torpaqlarıdır.
İkincisi, ona görə ki, əlimizdə qalan və dövlət olduğumuz ərazilərin də bu gün İraq dövlətinin üzləşdiyi problemə oxşar bir problemi var ki, 25 ildir bütünlükdə millət və dövlət olaraq bütün enerjimizi həmin problemin həlli - QARABAĞIN AZADLIĞI istiqamətinə yönəltmişik. Yəni bu gün bizdən olan hansısa birisinin bu gün İraqdakı bölücülüyə dəstək verməsi əslində günahdan daha çox dövlətimiz qarşısında CİNAYƏTİDİR ki, bunun da qanunlarımızdan qidalanan müvafiq CƏZALARI olmalıdır. Və VAR!
Üçüncüsü, ona görə ki, bu gün hansısa Azərbaycan vətəndaşının dünyanın hansısa bir ünvanında bş verən konfliktli ünvanlara yönəlik çağırışlar etməsinin özü absurddur. Yəni bizlər bu gün "QARABAĞ" deyə hayqırmalıyıq. Elə futbolda da, siyasətdə də, məişətdə də, savaşda da... elə bütün ünvanlarda. Belə olan şəraitdə kimlərinsə yaxasına Bərzanının şəklini asıb bizim ümumi ab-havaya zidd bir mahnını hətta zümzümə etməsi belə... CİNAYƏTDİR!
İndi isə gələk əsas məqama.
Laçın icra hakiiyyətinin bir şöbə müdiri var. Yəqin ki, artıq hər kəs tanıyır. Nala-mıxa vururmuş kimi görünməyinə baxmayın. Adam özünü net ifadə edib və bu vaxta qədər də eyni mərəzin daşıyıxısı olduğunu ifadə etməkdədir. Yəni siftəsi deyil. Sadəcə onun mərəzinin təzahürü indilərdə aktual olduğundan ictimai-diqqət kəsb etdi. Hamı da gördü. Halbuki dünənə qədər bu zatın hansı formada təhlükə daşıyıcısı olduğunu dəfələrlə bildirmişik.
Yenə də gec deyil. Adam özü də cəzalanmağa hazır olduğunu bildirir. Hətta hansı ölkənin məmuru olduğunu belə unudaraq PASPORTUMUZU yandırmağa hazır olduğunu da bəyan edir!
Nə deyirik, Bizə bu gün tüpürəni dünəndən tüpürcəyimizdə boğmaq boynumuzun borcudur. Azərbaycan dövləti kimlər üçünsə əyləncə meydanı deyil və olmayacaq. DÖVLƏTİMİZ VAR OLSUN!!!
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru
teref.az olaraq qeyd etmək istyirik ki, dövlət məmuru (Laçın İcra hakimiyyətinin hüquq şöbəsinin müdürü dövlət məmuru sayılır) dövlətinin siyasi konsepsiyasından qırağa çıxa bilməz. Dövlət məmurunun dediyi dövlətin həyata keçirtdiyi siyasətlə üst üstə düşməlidir.Bu hadisə zamani isə biz görürük ki, dövlət ilə dövlət məmurunun dedikləri daban dabana ziddir.
teref.az