Səhiyyə nazirliyi ABŞ-ın tövsiyələrinə münasibət bildirdi: "Türklər demişkən bizim üçün hava xoşdur"

1-11-2017, 22:27           
Səhiyyə nazirliyi ABŞ-ın tövsiyələrinə münasibət bildirdi: "Türklər demişkən bizim üçün hava xoşdur"
Xəbər veridiyimiz kimi, 2 oktyabr 2017-ci ildə ABŞ Dövlət Departamentinin saytında Azərbaycana səfər etməyi planlaşdıran ABŞ vətəndaşlarına xəbərdarlıq edilib. Məlumat üçün qeyd edək ki, xəbərdarlıqda Azərbaycanda vərəm xəstəliyinin geniş yayıldığı, Azərbaycan xəstəxanalarında əməliyyat olunmalarının təhlükəli olacağı, apteklərimizdə satılan dərmanların tərkibinin şübhəli olması bildirilir.
Mövzu ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Yeniavaz.com”a bildirdi ki, bu ABŞ-ın Dövlət Departamentinin öz işidir: “ABŞ öz vətəndaşlarına qarşı daima belə bəyənatlarla çıxış edir, onun bizim səhiyyəyə heç bir aiddiyyatı yoxdur. Vərəm xəstəliyi statistikada göstərilir, rəqəmlərimiz də var. Qlobal Fondun da təsdiqləməsi var. Bizdə vərəm xəstəliyi artmır, əksinə günü-gündən azalma gedir. Bizdə səhiyyə turizimi inkişaf edir. Keçmiş sovet ölkələrinin, xarici dövlətlərin burda yaşayan vətəndaşları əməliyyat da, müalicə də olurlar, yaxşı nəticələr əldə edirlər. Amma görünür ki, bu kimlərisə narahat etməyə başlayıb. Türklər demişkən bizim üçün hava xoşdur (gülür)”.
Mövzu ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinə də müraciət etdik. Səfirlikdən yazılı sorğumuza yaxın zamanlarda cavab verəcəklərini bildirdilər. ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına tövsiyələri hansı yoxlamalara əsasən verdiyini yaxın günlərdə yayımlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.