""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."

19-11-2017, 19:47           
""Quska"nın yaraqlıları Hacı İbrahimin kabinetini Kalaşnikovla gülləbaran edirlər..."
Jurnalist Eynulla Fətullayev Almaniyada sığınacaq alaraq hətta gələn ilki prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edən "Quska" ləqəbli Hüseyn Abdullayevin illər öncə, yerə-göyə sığmayan vaxtlarında törətdiyi çoxsaylı cinayətlər barədə bir neçə gündür ki, maraqlı açıqlamalarla çıxış edir.

Hüseyn Abdullayevin cinayətləri (3-cü hissə) - Hacı İbrahimin iş otağına basqın, Nazim İbrahimovun evinin atəşə tutulması, Naxçıvan Ali Məclisinin deputatı, iş adamı Arzu Kazımovun vəhşicəsinə döyülməsi, Məmmədtağı İbrahimovun ofisinə basqın cəhdi...

90-cı illərin sonunda bir sıra iş adamları, xüsusilə Naxçıvan əsilli, məlum avtomobil yağı biznesinə maraq göstərərək, Azərbaycandan Ukraynaya avtomobil yağı ixrac edərək, əvəzinə Bakıya armatur gətirirlərmiş. İş adamları bu biznes sahənin də "Guska" ləqəbli inhisarçı Hüseyn Abdullayevin nəzarətində olduğunu bilmirdilər.

Hüseyn Abdullayev əvvəlcə şifahi ultimatum göndərərək, bu biznesmenlərdən Ukrayna ilə ticarətə son qoymağa tələb edir. Amma ultimatuma rəğmən, iş adamları biznesi davam etdirirlər.

1998-99-cu illərdə Hüseyn Abdullayevin cinayətkar dəstələri iş adamlarına hücuma keçirlər. İlk qurban - hamının yaxşı tanıdığı Nehrəmli Hacı İbrahimdir. O zamanlar, Hacı İbrahimin ofisi indiki Ədliyyə Nazirliyinin binasında yerləşirdi. "Quska"nın yaraqlıları Hacı İbrahimin şəxsi kabinetinə daxil olur və Kalaşnikov avtomatlarından onun otağını gülləbaran edirlər...

Bunun ardınca, daha bir dəstə Azərbaycanın Ukraynadaki səfiri, Hacı İbrahimin qardaşı Nazim İbrahimovun evininin pəncərələrinə avtomatlardan atəş açır...

Eyni zamanda, birbaşa "Quska"nın göstərişi ilə günün günorta çağı Bakı Bulvarının ərazisində cinayətkar dəstə Naxçıvan Ali Məclisinin deputatı, iş adamı Arzu Kazımova hücum təşkil edir və onu camaatın gözü qarşısında vəhşicəsinə döyürlər.

Bir neçə gün sonra, "Quska" Naxçıvan Ali Məclisinin digər deputatı iş adamı Məmmədtağı İbrahimova qarşı hücuma hazırlaşır. M.İbrahimov, Fəvvarələr Meydanında Azərbaycan kinoteatrının yaxınlığında yerləşən ofisində özünümüdafiə məqsədilə digər Naxçıvanlı qruplaşması üzvlərində armaturla silahlanmış ordu formalaşdırır... Beləlikə, maşın yağı biznesinin inhisarı maraqlarının müdafiəsi naminə Bakının mərkazi küçələri əsl döyüş meydanlarına çevrilir.

Quska Abdullayev, sadaladığım və birbaşa tərəfinizdən həyata keçirilmiş bu cinayətlərin xatırlanması kifayətdirmi? İstəsəniz, digər saysız-hesabsız cinayətləri də xatırlada bilərəm? Düşünürsən ki, Azərbaycan xalqının yaddaşı silinib? Bəlkə xalq sizin cinayətlərinizi əfv edib, unudub? Yanılırsız, Sizi baqajda da olsa Bakıya gətirib, mühakimə edəcəyik! Cinayətləriniz sizi təqib edəcək, hər küçədə, hər döngədə... Almaniya olsa belə!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.