Azərbaycanlı jurnalist “Lukoil” şirkətinin vitse-prezidentinin suvenirini oğurladı -Biabırçılıq

7-08-2015, 13:08           
Azərbaycanlı jurnalist “Lukoil” şirkətinin vitse-prezidentinin suvenirini oğurladı -Biabırçılıq
Bu gün Abşeron otelində baş tutan tədbir zamanı qeyri-adi hadisə yaşanıb. Azərbaycanlı jurnalistlərdən biri LUKoil şirkətinin vitse-prezidentinə məxsus suveniri oğurlayıb. Bu haqda jurnalist Tural İbadlı öz facebook profilində paylaşım edib. Moderator.az jurnalistin statusunu təqdim edir:
“Bayaq Abşeron oteldə tədbirdə jurnalistlərdən biri Rusiyanın LUKoil Şirkətinin vitse-prezidentinə məxsus suveniri oğurladı. O suveniri sumkasına basanda təşkilatçı yaxınlaşıb "Am sorry, this is for Mr. ....".
Tərcümə də etdim. Qanmadı. Axırda mənə dedi ki, "Əəə, bilirsən nə var?! Bayaq mənə LUKoil-in sumkasından çatmadı. Ona görə əcəb edib götürürəm".
Belə şərəfsizlərə görə adımız bədnam olub”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.