“Bank of Baku” da çökür - Moody‘sdən hesabat

7-08-2015, 21:33           
“Bank of Baku” da çökür - Moody‘sdən hesabat
“Bank of Baku” ASC-nin reytinq proqnozu stabildən mənfiyə endirilib. Bu barədə Beynəlxalq Moody‘s Investors Service agentliyi bildirib. Yerli və xarici valyutada uzunmüddətli reytinqlərin qiymətləndirilməsi B1 səviyyəsində saxlanılıb. Depozitlərin qısamüddətli reytinqi Not-Prime səviyyəsində təsdiqlənib. Kredit qabiliyyətinin baza qiymətləndirilməsi də B1 səviyyəsində saxlanılıb.

Agentliyin ekspertləri keyfiyyətə və onun aktivlərinin gəlirliliyinə gözlənilən təzyiqlərdən çıxış edirlər ki, bu da istehlak kreditləşməsi, xarici valyutada borc xidmətinin pisləşməsi, həmçinin manatın fevral devalvasiyasından irəli gələn inflyasiyanın sürətlənməsi nəticəsində fiziki şəxslərin real gəlirinin azalması ilə əlaqədardır. Bu o deməkdir ki, aktivlərin keyfiyyətinin neqativ tendensiyası yaxın gələcəkdə Bank of Baku-nun fəaliyyət rentabelliyinə təsir göstərməkdə davam edəcək.

Agentlik güman edir ki, bankın aktivlərinin keyfiyyəti ümumi kreditlərin dəyərinin artmasından (ötən il 6,0%, 2013 – 1,7%, 2012 –ci ildə 1,5%) sonra enib. Manatın devalvasiyası aktivlərin keyfiyyətinə də təsir göstərir, çünki valyuta kreditlərinin xeyli hissəsi (ötən ilin sonlarında ümumi portfelin 28%-i) faktiki olaraq zəmanətsiz təqdim edilib.
Agentliyin ekspertlərinin fikrincə, etibarlı kapital adekvatlığı, yetərli ehtiyatlar (problemli kreditlərin həcminin 123%-i) bu kredit qurumunun zərəri minimum yaxın 12-18 ay ərzində absorbsiya etməsinə imkan verəcək, borc vəsaitlərinin payı azaldılacaq, aktivlər üzrə risklər endiriləcək. Lakin neqativ proqnoz səbəbindən ilyarım ərzində reytinq yaxşılığa doğru dəyişməyəcək.

Qərar çıxarılan anda bankın xalis mənfəəfi 40,7 mln. manat, ümumi aktivlər 728 mln. manat, kapital 128,3 mln. manat təşkil edib.//contact.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.