Azərbaycanın qeyri-neft sektoru vergi daxilolmalarının 70 faizini təmin edəcək
11-08-2015, 21:40
2015-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub. Trend bu barədə nazirliyə istinadən xəbər verir.
Proqnoz tapşırığına 101,9 faiz əməl edilib.
Bu dövr ərzində qeyri-neft sektoru üzrə büdcəyə 4,81 milyard manat (67,7 faiz) vəsait daxil olub. Qeyri-neft sektorundan daxilolmalar 2,3 milyard manat səviyyəsində proqnozlaşdırılır.