Məhdud buraxılışlı "Mercedes-AMG GT" təqdim olundu

19-09-2024, 16:23           
Məhdud buraxılışlı "Mercedes-AMG GT" təqdim olundu
Bu həftə sonu keçiriləcək "Formula-1" Sinqapur Qran-prisi ərəfəsində "Mercedes-Benz" məhdud buraxılışlı "AMG GT 63 Pro 4Matic+ - Motorsport Collectors Edition" modelini təqdim edib.

Championat.com xəbər verir ki, avtomobilin rəngləri "Mercedes-AMG Formula-1" avtomobillərini xatırladır. Kuzov qara rəngdə hazırlanıb və firuzəyi elementlərlə bəzədilib, arxada isə üçbucaqlı ulduzdan istifadə edilən naxış var.

"Mercedes-AMG GT 63 Pro 4Matic+ Motorsport Collectors Edition" karbon lifli ön splitter və arxa qanaddan ibarət AMG xarici karbon fiber paketi ilə birlikdə satılır. Kapotun altında 450 kVt (612 at gücü) gücündə dörd litrlik tvin-turbo V8 mühərriki yerləşir. Avtomobilin tirajı 200 nüsxə ilə məhdudlaşır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru