Bu gün Milli M\əslisin deputatı,(1990-1995), Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Cəfərovun anadan olduğu gündür.

11-08-2015, 22:57           
Bu gün Milli Məslisin deputatı,(1990-1995), Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Cəfərovun anadan olduğu gündür.
12 avqust Azərbaycan Respublikasının Milli Məclisin deputatı (1990-1995), Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı Şahmərdan Cəfərovun anadan olduğu gündür.
Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975-1977-ci illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində orta ixtisaslı hüquq məktəbini bitirib. 1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb. 1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları Idarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb.
O, 1990-cı ildə Şərur rayonundan parlamentə üzv seçilib.
17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir. 1995-ci il mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib. Bundan təqribən 3 həftə sonra, iyunun 17-si Kələkidən - eks-prezident Əbülfəz Elçibəyin yanından qayıdarkən yolda güllələnib.
İstintaq materiallarına görə beş güllə yarası alıb.
İyunun 26-da Bakıya - Şüvəlandakı istitaq təcridxanasına köçürülüb, iyunun 29-da isə dustsqlar üçün nəzərdə tutulan hospitalda vəfat edib
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.