Bakı metrosunda ara qarışdı, sərnişinlər etiraz etdi — FOTOLAR
16-08-2015, 21:59
Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün satışa çıxarılan "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartları sərnişinlər üçün problemlər yaradıb.
Ölkə.Az xəbər verir ki, dünən metropolitenin bir neçə stansiyasının girişində, o cümlədən "Nizami" və "İnşaatçılar" stansiyalarında sərnişinlərlə metropoliten işçiləri arasında mübahisə yaranıb. Sərnişinlər sözügedən yeniliyin onlar üçün çətinlik yaratdığını bildiriblər:
"Bu sistemə daha fərqli formada keçmək olardı. Amma gördüyünüz kimi burada böyük sıxlıq yaranıb. Metro işçilərindən yeni kartla bağlı soruşduqlarmıza isə lazımi cavab ala bilmirik. Çox vaxt bizi başlarından edirlər".
Qeyd edək ki, avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq.
Sentyabrın 30-dək metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyarın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq.