Kəlbəcərin məşhur məbədini ERMƏNİLƏRƏ AİD EDƏN KİTAB NƏŞR EDİLDİ...(FOTO

19-02-2018, 22:17           
Kəlbəcərin məşhur məbədini ERMƏNİLƏRƏ AİD EDƏN KİTAB NƏŞR EDİLDİ...(FOTO
Saxtalaşdırmalarla dolu kitabın müəllifləri arasında İtaliya və Belçika vətəndaşları da var...

26-cı ildir işğal altında olan Kəlbəcər rayonundakı məşhur Xudavəng(yaxud Dədəvəng) məbədinin guya ermənilərə adi olması haqda kitab nəşr edilib.

Moderator.az xəbər verir ki, Xankəndində təqdimatı keçirilmiş kitab “Viktoriya” beynəlxalq xeyriyyə fondunun təşəbbüsü ilə erməni, rus və ingilis dillərində 500 tirajla nəşr edilib. 224 səhifəlik kitabda məbədin erməniləşdirilmiş tarixindən bəhs edlir. Nəşrdə məbədin müxtəlif fotoları və 2014-cü ildən bəri aparılan restavrasiya işlərinin fotoxronikası təqdim edilib.

Kitabdakı mətnlərin müəllifləri tarix elmləri doktoru, professor Karen Matevosyan(Ermənistan), incəsənətşünas Avet Avetisyan(Ermənistan), memarlıq doktoru, bərpaçı Ara Zaryan (İtaliaya) və freskaların (divar yazılarının) bərpası üzrə mütəxəssis, doktor Kristin Lamuredir (Belçika). Azərbaycanın işğal altındakı məbədinin divarlarındakı rəsm və yazıların erməniləşdirilməyə uyğun bərpa işlərini də məhz bu belçikalı xanım – Kristin Lamure aparıb. O, öz çıxışında bildirib ki, Xudavəng məbədində bərpa olunmuş freskalar “böyük bəşəri dəyərə malikdir”...

Beləliklə, məlum olur ki, kitabın hazırlanmasında ən azı, iki xarici vətəndaş iştirak edib.

Ermənilər işğal altındakı Azərbaycan tarixi abidəsi haqda faktların saxtalaşdırıldığı kitabın sponsoru olan “Viktoriya” beynəlxalq xeyriyyə fondunu erməni fondu kimi təqdim edir, onun dirrektorunun isə Qayane Gevorkyan olduğunu bildirirlər. Ancaq apardığımız araşdırmadan bəlli olur ki, incəsənət sahəsində ixtisaslaşmış “Viktoriya” adlı beynəlxalq qeyri-kommersiya xeyriyyə fondu əslində 2009-cu ildə Moskvada rusiyalı sahibkar Leonid Mixelson tərəfindən yaradılıb və qızının şərəfinə ona Viktoriya adı verilib. Hazırda isə fondu L.Mixelsonla bərabər italiya vətəndaşı Teraza Meveka idarə edir. Çox güman ki, Qayane Gevorkyan həmin fondun Ermənistan, yaxud Dağlıq Qarabağ üzrə nümayəndəsidir...



P.S. İndi söz Azərbaycan alimlərinin, tarixçilərinin, memarlıq mütəxəssislərinin, eləcə də Xarici İşlər Nazirliyinindir...

P.P.S. Az qala unutmuşdum: milyonçu və milyarderlərimiz isə bu sahədə əməllərini, yəni ermənilərə cavaba maliyyə dəstəyini nümayiş etdirməlidir...

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.