“Bizdə güclü mütəxəssisləri formalaşdıracaq potensial var”- Dünyaca məşhur azərbaycanlı

20-02-2018, 09:52           
“Bizdə güclü mütəxəssisləri formalaşdıracaq potensial var”- Dünyaca məşhur azərbaycanlı
Dünya çapında tanınan azərbaycanlı alim, bioinformatika sahəsində məşhur mütəxəssis, Kembricdəki Molekulyar Biologiya Laboratoriyasında qrup rəhbəri kimi çalışan professor Qərib Mürşüdov planetdə elmi işlərinə ən çox istinad olunan 3 azərbaycanlı alimdən biridir. Bir çox internet resurslarında, reytinqli jurnallarda onun adına rast gəlmək mümkündür. Əsərlərinə olan istinadların sayı 34 mindən yuxadırıdır ki, bu da çox yüksək göstərici sayılır. Əsas elektron resurs sayılan “google score”də bu məlumatları dəqiqləşdirmək mümkündür.

Hazırda İngiltərədə yaşayan və orada fəaliyyət göstərən Qərib Mürşüdov Moderator.az-a açıqlamasında əsərlərinə daha istinad edilən başqa alimləri da vurğulayıb:

“Mən özüm haqqımda danışmaq istəməzdim. Amma bir çox internet resursları var ki, istənilən adam ora daxil olub hər hansı alimin göstəriciləri ilə tanış ola bilər. Google Score”də də bu, mümkündür. Azərbaycandan başqa alimlər də var ki, onların əsərlərinə xeyli istinadlar edilib. Məsələn, Asəf Salamov, o da dəyərli həmyerlimizdir. Bu cür alimlərimiz çoxdu. Lütfi Zadə də dünya üzrə ən çox istinad olunan alimlərdən biridir. Onun Azərbaycanda dəfn olunmasına çox sevindim. Bu, onu göstərdi ki, həqiqətən də bizim xalqda dünya miqyasında alim yetişdirmək üçün potensial var. Niyə də olmasın ki?! Şərqin ilk operası bizdə yazılıb, ilk teatr tamaşası bizdə oynanılıb və s. Lütfi Zadə də ilk deyil. Orta əsrlərdə nə qədər böyük düşüncə sahiblərimiz var! İnanıram ki, gələcəkdə də böyük alimlər, mütəxəssislər yetişəcək. İldə bir dəfə Azərbaycanda oluram. Bir-iki universitet var ki, onlar indidən çox böyük mütəxəssislər yetişdirmək üçün düzgün yol tutublar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.