Xalqxeber.Az 6 yaşını qeyd edir

4-03-2018, 23:43           
Xalqxeber.Az 6 yaşını qeyd edir
Xalqxeber.Az informasiya portalının 6 yaşı tamam olur. Azərbaycan dilində fəaliyyət göstərən Xalqxeber.Az ötən 6 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
2012-ci ildə fəaliyyətə başlayan portal 6 il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.
Portalın baş redaktoru Peyman Sadıqov bildirib ki, informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: "Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən 6 il ərzində Xalqxeber.Az-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Xalqxeber.Az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu mövqenin nəticəsidir ki, saytımıza baxış sayı dinamik olaraq artır, getdikcə daha geniş oxucu kütləsini cəlb edir. Media məkanında xəbərlərimizdən demək olar ki, hər gün bu və ya digər dərəcədə istifadə olunur. Həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də dövrün tələbinə uyğun olaraq əyləncəli xəbərlərlə işləyirik. Aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq". Bu 6 ildə yeganə məqsədimiz oxucunu razı salmaq, yeganə meyarımız oxucu zövqü olub. Bir də, bir şeyi ürəklə deyə bilərik ki, sayt yarandığı gündən bugünədək oxucularımızın sayı qədər də dost qazanmışıq və bu, bizi məmnun edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.