Binəli Yıldırım: “Azərbaycana qarşı terror təhlükəsi yaransa, bunun cavabını verəcəyik”

15-03-2018, 22:12           

Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda keçirilən VI Qlobal Bakı Forumunda iştirak edir.

Tendensiya.com xəbər verir ki, prezident İlham Əliyevin də iştirak etdiyi foruma bir çox rəsmi şəxslər qatılıb.

İclas sonrası jurnalistlərin sualını cavablandıran Binəli Yıldırım Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında PKK terrorçularının yerləşdirilməsi ilə bağlı iddialara cavab verib:

“Azərbaycanla Türkiyə bölgədə təhlükəsizliyin təmini, terrorla mübarizə mövzusunda birlikdə çalışır. Qarabağ Azərbaycanın haqq məsələsidir. Azərbaycanda soyqırım törədildi. Ermənistan buna görə cavab verməlidir. Burada terrorçuların yerləşdirilməsi nəticəni dəyişdirməyəcək. Əgər dost və qardaş Azərbaycana, ya da Türkiyəyə terror təhlükəsi yaranarsa, bunun cavabını verəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru