ƏHALİYƏ XƏBƏRDARLIQ - Üzərində nə istehsal tarixi var, nədəki harada hazırlandığı bilinir - VİDEO

4-05-2018, 00:22           
ƏHALİYƏ XƏBƏRDARLIQ - Üzərində nə istehsal tarixi var, nədəki harada hazırlandığı bilinir - VİDEO
Hisə verilmiş balıqlar bazarlarda açıq şəkildə satılır. Özüdə heç bir qaydalara əməl edilmədən, satıclardan hər hansı bir sənəd soruşulduqda sabah gəlin sizə təqdim edərik deyirlər. Bəs əslində bu balıqlar necə saxlanılmalı və satılmalıdır? Məsələyə qida təhlükəsizliyi agentliyidə münasibət bildirib. Belə balıqları soyuducuda 14 gündən çox saxlamaq olmaz.

Üzərində nə istehsal tarixi var, nədəki harada hazırlandığı bilinir.

Hisə verilmiş balıqlar bazarlarda açıq şəkildə satılır. Özü də hec bir normativ qaydalara əməl edilmədən.

Son zamanlar balıqdan zəhərlənmə hallarının artması yenidən bu məsələni gündəmə gətirir. İstər hisə verilmiş, istər də təzə balıqlar saxlanma qaydalarına riayət olunmadıqda təhlükə doğura bilər. Bazarlarda satışda olan məhsulların isə üzərlərində heç bir məlumat olmur.

Satıcılar məhsulun açıq şəkildə satılmasını belə izah edirlər ki, hisə verilmiş balığa tələbat çoxdur. Və vitrində olan məhsul qısa bir zamanda satılıb qurtarır. Ona görə də onları qablaşdırmırlar.

Məhsulun özünün harada və nə vaxt istehsal edildiyi haqqında isə heç bir məlumat yoxdur.

Hisə verilmiş balıqların açıq şəkildə və heç bir nəzarət olmadan satışa çıxarılması vətəndaşları da narahat edir.

Qida Təhlükəsizliyi Agentliyi isə əhaliyə xəbərdarlıq edir. Vətəndaşlar hisə verilmiş balıq alarkən bəzi məsələlərə diqqət etməlidilər. İlk növbədə balığın yan hissələrində ağ rəngdə xəttlər olmamalıdır və balığı qoxlayanda ondan köz iyi gəlməlidir. Həmçinin dərisində cızıqlar və ya zədələr olmamalıdır. Hisə verilmiş balıqları isə hətta soyuducuda 14 gündən artıq saxlanılmamalıdır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.