“Alışanovu adam öldürməkdə ittiham edirlər…” – Milli Məclisdə müzakirə

5-05-2018, 00:14           
“Alışanovu adam öldürməkdə ittiham edirlər…” – Milli Məclisdə müzakirə
Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumat açıqlamasından sonra deputatlar çıxış ediblər.

Bizimyol.info-nun xəbərinə görə, çıxış edən deputat Fazil Mustafa məhkəmələrin rolunu artırmaq üçün ciddi addımlar atmağa çağırıb.

O bildirib ki, məhkəmələrdə səsləndirilən ittihamlara, qəbul olunan qərarlara ciddi yanaşma olmalıdır: “Məsələn, AzTV-nin sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir. Bu, doğrudur, ya səhvdir, bilmirəm, amma məhkəmədə səslənən ittiham var ortada. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir, özü də məhkəmədə səsləndirilən ittihamdan”.

Sözügedən ittihamı Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova və ailə üzvlərinə sui-qəsddə ittiham edilərək həbs edilən dəstə üzvlərindən biri Şücaət Əkbərov səsləndirib.

O verilən ittihamları qəbul etmədiyini, Arif Alışanovun bir neçə il əvvəl Şamaxıya bir qızla gələrək, həmin qızı dağdan atdığını, bu hadisəni bildiyi üçün də Arif Alışanovun onu tutdurduğunu bildirib.

Qarşı tərəfin vəkilləri isə bu məlumatı təkzib ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.