Yeni nazir Sahil Babayev kadr islahatına başladı: aparat rəhbəri və 3 şöbə müdiri işdən çxıarıldı

8-05-2018, 21:02           

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün bir neçə vəzifəli şəxsin ərizələrini alıb.

Bu barədə nazirlikdən Mia.az-a verilən məlumata görə, nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar: "Bu gün saat 16.00 radələrində nazir həmin şəxslərin ərizələrini aldı".

Məlumata görə, nazirlikdə kadr islahatları davam edəcək.

Əldə etdiyimiz məlumata görə, vəzifədən çıxarılan mətbuat katibiu Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova həvalə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru