Evinə çıxarış almaq istəyənlərə mühüm xəbər - Video

8-05-2018, 22:31           
Evinə çıxarış almaq istəyənlərə mühüm xəbər - Video
Əgər bir vətəndaş ən azı 30 il sənədsiz də olsa hər hansı bir daşinmaz əmlaka sahiblik edirsə, həmin əmlakın qanuni mülkiyyətçisinə çevrilir. O, bunun üçün çıxarış ala bilər.

Xəzər Xəbər-in məlumatına görə, hətta müəyyən istisnalarla bunu 10 il müddətinə sahiblik edənlər də ala bilər. Amma gərək həmin əmlak üzərində mübahisə olmasın. Söhbət hansı mübahisələr və istisnalardan gedir? Əməkdaşlarımız bu məsələni araşdırıb.

Hüquqşunas Xəyal Bəşirov deyir ki, bunun üçün öncə vətəndaş dövlət əmlak reyestrinə müraciət etməlidir.

Hüquqşunasın sözlərinə görə, bəzi hallarda vətəndaşlar özlərinin xəbərləri olmadan da hər hansı bir əmlak üzərində qeydiyyata alınırlar. Bu zaman əgər həmin qeydiyyatın üzərindən 10 il keçirsə, vətəndaş daşınmaz əmlakın dövlət reystərinə müraciət edərək qanuni yolla əmlaka mülkiyyətçilik hüququ ala bilər.

Hüquqşunas deyir ki, dövlət orqanı mülkiyyət veməkdən imtina edərsə, həmin şəxsin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru