Komitə rəsmisinin qardaşları Rumıniyada tutulub?

9-05-2018, 21:39           

“Mənim, qardaşlarım, ailəm barəsində cəfəngiyyat dolu, uydurma, qeyri-ciddi ittihamlar yazılıb.

Belə qeyri-peşəkar və əsassız, fakta söykənməyən, ucuz məqalə ilə işgüzar nüfuzumuzu ləkələmək cəhdləri boşa çıxıb.

Ona görə də həmin xəbər portalının yaydığı şər-böhtan məlumatlarla bağlı hüquqi müstəvidə addımlar atacağam”.

Bu sözləri AzEuroNews.com-a Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri Ümid Abuzərli barəsində ittihamlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, editor.az saytının rəhbərini AR CM-nin 147.2-ci maddəsi (şəxs haqqında onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrinə yayılması) ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmaları üçün məhkəməyə müraciət edəcək: “Komitə və şəxsən mən hər zaman jurnalistlərlə normal münasibət qurmağa çalışmışıq. Nə zaman hansısa mövzuda danışmaq istəyiblər vaxt ayırmışam”.


Ü.Abuzərli bildirib ki, onun komitədə fəaliyyətsizliyi haqda iddialar yalandır və heç bir fakt göstərilmir:

“Qardaşım Həmzə Kərimovun Rumıniyada qanunsuz fəaliyyətlə məşğul olması, bu ölkədən qaçması, digər qardaşım Tural Kərimovun Rumıniya polisi tərəfindən həbs edilməsi, atam Tahir Kərimovun vəkil tutması barədə saytın yazdığı bu informasiyalar ağ yalandır.

Nə qardaşım həbs edilib, nə hər hansı polis araşdırması var. Araşdırma aparmadan, dəqiqləşdirmədən, qeyri-peşəkarlıq edərək məlumat yaymaq jurnalistin məsuliyyətsizliyidir.

Əgər belə fakt varsa soğru göndərmək, münasibət öyrənmək olardı. Ona görə də bu məlumatlar komitəyə böhtan atmaq, bizim şərəf-ləyaqətimizi alçaltmaq məqsədi daşıyır, məhkəmədə bu məlumatların sübuta yetirilməsini tələb edəcəyəm”.

Komitə rəsmisi əlavə edib ki, qardaşı Hәmzә Kәrimovun ortaqlarından birinin milliyyәtcә ermәni – Nersesyan Eduard adlı şәxs olması haqda ittihamlar şərləmək mahiyyəti daşıyır:

“Guya Hәmzә Kәrimov İrәvanda biznes açmaq üçün Nersesyan adlı birinə pul verib. Bu da saytın növbəti uydurması, şər-böhtanı, qaralama kampaniyasıdır.

Bizim ailəmiz dövlətə, xalqa, onun rəhbərliyinə sədaqətlə bağlıdır, hansı vəzifəni tutmağımızdan asılı olmayaraq həmişə Azərbaycana xidmət etmişik.

Mən komitədəki fəaliyyətimdə Azərbaycanın, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında işlər görürəm.

Atam və qardaşlarım hər zaman vətənə sevgisini harda olsalar göstəriblər. Ancaq bizə qarşı qərəzli, yalan məlumatlar verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.