Leontyev Paşinyana yazdı, elə bir “üzr” istədi ki... - Video

14-05-2018, 10:08           

Rusiyanın tanınmış jurnalisti, “Rosneft”in mətbuat katibi Mixail leontyev Ermənistan Baş naziri Nikol Paşinyana üzrxahlıq məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, məktubda Leontyev yerində olmayan emosional şərh Rusiyanın tarixən yaxın müttəfiqi hesab etdiyi Ermənistanın taleyindən narahatlığa görə imiş.

RİA-ya açıqlamasında M.Leontyev məktub yazmasını təsdiqləyib:

“Bəli, üzrxahlıq məktubu ona görə göndərdim ki, anlaşılmazlıq yaranmışdı, elə bilirdilər ki, bu, “Rosneft”in mövqeyidir. Şirkətin bu məsələyə heç bir aidiyyəti yoxdur. Bu mənim şəxsi mövqeyimdir və şəxsi üzrxahlığımdır. Ona görə üzrxahlıq göndərdim ki, bəzi bəyanatlarım o qədər də korrekt deyildi və fövqəladə dərəcədə idi”.

Qeyd edək ki, 10 mayda erməni diasporunun 20 nümayəndəsi “Komsomolskaya pravda”nın redaksiyasına gələrək, Leontyev və Mixail Yuryevin üzr istəməsini tələb etmişdilər. Ancaq heç bir halda işlədilən ifadələrdən hansını təhqir kimi gördüklərini izah edə bilməmişdilər.
.
[media=https://www.youtube.com/watch?v=UXwicH8m2qs#action=share]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru