Qardaşı Kapital Bankın sədri - atası tanınmış alim - Yeni icra başçısı kimdir?

6-06-2018, 16:22           
Qardaşı Kapital Bankın sədri - atası tanınmış alim - Yeni icra başçısı kimdir?
Bu gün ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Elıxan Şamil Oğlu Allahverdiyev Binəqədi rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Gundeminfo.az-a daxil olan məlumata əsasən yeni icra başçısı əslən Naxçıvan MR-in Şərur rayonundandır. E.Allahverdiyevin atası Şamil Allahverdiyev 1930-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirmişdir. Həmin İnstitutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən İzotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100- qədərelmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. Şamil Allahverdiyev, 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat etmişdir.

Yeni icra başçısının qardaşı Rövşən Şamil oğlu Allahverdiyev 10 iyun 2013-cü ildən Kapitalbankın idarə heyyətinin sədri vəzifəsində işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru