"Bu ölkəni təkrar Molla İbrahimxəlil kimyagərlərin, Molla Sadıxların, Şeyx Nəsrullahların mollaxanasına ...!" Millət vəkili..

18-06-2018, 04:56           
"Bu ölkəni təkrar Molla İbrahimxəlil kimyagərlərin, Molla Sadıxların, Şeyx Nəsrullahların mollaxanasına ...!" Millət vəkili..
Deputat Fazil Mustafa son günlər baş vermiş qalmaqallardan sonra sosial şəbəkə vasitəsilə yeni paylaşım edib.
teref.az demokrat az-a istinadən həmin müraciəti olduğu kimi təqdim edir:
"Zalimin zülmündən daha dəhşətlisi Cahilin zülmüdür. Azərbaycanlılar unutmasınlar: Bu müqəddəs dövləti 1918-ci ildə quranlar bizdən saymadığımız və hamıdan çox bizim olmağa haqqı çatan Aleksandr Osipoviç Çernyayevskinin türkcə "Vətən dili" dərsliyini oxuyub dərk edən aydınlar idi. Yenə də 1991-ci ildə bu dövlətin müstəqilliyini bərpa edənlər Sovet təhsil sistemindən yetişən insanlar idi... Yəni mollaxanada yetişən düşüncə müasir dövlət qura bilməz. Biz əsrlərdir Mollanın dinini yaşamışıq, Quranın dinini dolabların üstündə müqəddəsdir deyib toxunulmaz saxlamışıq. Bu gün təhsil sistemimizdə təcili o boşluqları doldurmalıyıq ki, buradan müstəqil və modern dövlətimizi qoruyacaq bir nəsil yetişsin. Bu ölkəni təkrar Molla İbrahimxəlil kimyagərlərin, Molla Sadıxların, Şeyx Nəsrullahların mollaxanasına çevirmək istəyənlərə qarşı hamılıqla intellektual dirəniş göstərməliyik. Çevrənizə diqqətlə baxsanız, görərsiniz ki, bu dirənişdə artıq xeyli gecikmişik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.