Elmar Vəliyev əməliyyata alındı- QARIN BOŞLUĞUNDAN GÜLLƏ ÇIXARILDI (Son dəqiqə)

4-07-2018, 01:54           

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev başından və qarın boşluğundan güllə yarası alıb. Gununsesi.info-nun xəbərinə görə, icra başçısı Gəncədəki Mərkəzi Klinik Xəstəxanada əməliyyata alınıb. Əməliyyat zamanı icra başçısının güllə toxunduğu baş nahiyyəsində tikiş aparılıb.

Bundan başqa qarın boşluğundakı güllə əməliyyat yolu ilə çıxarılıb.

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov Gununsesi.info-nun olayla bağlı sualına cavab verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru