Qəbiristanlıqlarla bağlı sənəd HAZIRLANDI - məzar yerləri pulsuz olacaq

10-08-2018, 13:08           
Qəbiristanlıqlarla bağlı sənəd HAZIRLANDI - məzar yerləri pulsuz olacaq
“Dəfn işinin təşkili, qəbiristanlıqların salınması və ümumiyyətlə bu məsələnin tənzimlənməsi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi sənəd hazırlayıb. Artıq həmin sənəd müvafiq qurumlara təqdim edilib. Hazırda isə həmin sənəd üzərində işlər aparılır”.

Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmaylov deyib.

Qurum rəsmisi bildirib ki, sənəddə qəbiristanlıqların salınması, qəbiristanlıqların salınması zamanı hansı meyarların nəzərə alınması, sanitar qaydalardan tutmuş dini, şəriət məsələlərinə qədər hamısı öz əksini tapıb.

“Eyni zamanda sənəddə hər bir məzar üçün nə qədər torpağın ayrılması, ayrılan torpağın ödənişsiz olması, məzar daşlarının ölçüləri kimi məsələlər də öz əksini tapıb”.

G.İsmayılov sənəddə qəbiristanlıqların salınması, idarə edilməsi məsələlərinin də qeyd edildiyini diqqətə çatdırıb.

“Ümid edirəm ki, həmin sənəd yaxın vaxtlarda qəbul ediləcək və orada göstərilən bütün qaydalar icra olunacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru