“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərara dəyişikliklər olunub
27-09-2018, 07:04
“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” qərara dəyişikliklər edilib.
"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliklərə əsasən həmin qərarla təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 21.3-cü bəndinin ikinci cümləsində “artırılması” sözü “uzadılması” sözü ilə əvəzlənib. "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları” üzrə: 2.1. 13.3.2-ci yarımbəndə “başa çatdıqda” sözlərindən sonra “və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda” sözləri əlavə olunub. Qərara habelə “13.3.2-1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8- 159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda;” yarımbənd əlavə edilib.