PREZİDENT İLHAM ƏLİYEV VƏ PAŞİNYAN QARABAĞI MÜZAKİRƏ EDİB –Danışıqlar prosesinə sadiq olduqlarını bəyan ediblər – ( RƏSMİ AÇIQLAMA)

29-09-2018, 00:14           
PREZİDENT İLHAM ƏLİYEV VƏ PAŞİNYAN QARABAĞI MÜZAKİRƏ EDİB –Danışıqlar prosesinə sadiq olduqlarını bəyan ediblər – ( RƏSMİ AÇIQLAMA)
“Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub”

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru