Qaşıqçının qatillərinin qətli başladı: biri “qəza"da öldü

18-10-2018, 10:03           
Qaşıqçının qatillərinin qətli başladı: biri “qəza"da öldü
Camal Qaşıqçını öldürən 15 nəfərlik qrupda yer alan Məşəl Saad əl-Bostani ölüb.

Axar.az xəbər verir ki, Bostani Ər-Riyadda şübhəli bir qəzada dünyasını dəyişib. Onun öldüyü avtomobil qəzasının zamanı və necə baş verməsi haqqında heç bir məlumat yayılmayıb.

Türkiyə mətbuatı Bostaninin Qaşıqçı cinayətinin ortaya çıxmaması üçün öldürüldüyünü bildirib.

Qeyd edək ki, Bostani leytenant rütbəsi daşıyırdı. O, 2 oktyabrda İstanbula gələn 15 nəfərlik ölüm qrupunda yer almışdı. Bostani “Vindham Qrand Hotel”də qaldıqdan sonra yenə özəl təyyarə ilə Türkiyədən ayrılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru