Prezidentin korteji qəzadan son anda yayındı

21-10-2018, 20:27           
Prezidentin korteji qəzadan son anda yayındı
Belarus prezidenti Aleksandr Lukaşenko Qrodno şəhərinə gedən zaman hadisə baş verib. Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, 18 oktyabrda prezidentin korteji keçən zaman az qala bir qadını vuracaqmış.

Qadın qulağında qulaqcıq olduğu üçün gələn kortejin səsini eşitməyib və yola özünü atıb. Amma sürücülərdən biri sürəti azaltdığı üçün avtomobil qadını vurmayıb. Bu hadisə yolda olan digər sürücülərin videoregistratoruna yazılıb. Sürücülər də bu vəziyyətdən stress keçiriblər. Hətta sürücü qadının arxasınca qışdırır ki, “qulaqcığı qulağından çıxar, ay toyuq”. Qadın isə heç kimə fikir vermədən yoluna davam edir. /sputnik.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.